“Real”ın futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.
Korner.az-ın məlumatına görə, bu, La Liqanın 32-ci turunda “Eybar”a qarşı matçda baş verib.
Bu görüşdə fərqlənən portuqaliyalı hücumçu La Liqada vurduğu qolların sayını 30-a yüksəldib. Bununla da Ronaldo İspaniya çempionatı tarixində ardıcıl 6 mövsümdə 30 qol vuran ilk futbolçu olub.
