Ronaldodan növbəti rekord
15.09.2021 , 11:35

“Mançester Yunayted”in 36 yaşlı oyunçusu Kriştiano Ronaldo PSJ-nin forvardı Lionel Messinin rekordunu təkrarlayıb.
Çempionlar Liqasında 177-ci matçına çıxan futbolçu “Yanq Boyz”la görüşün 14-cü dəqiqəsində fərqlənməklə, bu turnirdə qol vurduğu fərqli klubların sayını 36-ya çatdırıb.
Hazırda 135 qolla Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu titulunu qoruyur.
