“Real”ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.
O, klublararası dünya çempionatı tarixinin ən yaxşı bombardiri olub. Portuqaliyalı hücumçu sözügedən turnirin yarımfinalında dünən keçirilən “Əl-Cazira”ya qarşı matçda fərqlənərək klublararası dünya çempionatında vurduğu qolların sayını 6-ya yüksəldib.
Bununla da Ronaldo Lionel Messi, Luis Suares, Sesar Delqadonu (5 qol) geridə qoyaraq ən yaxşı bombardir olub.
