Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yenidən diqqət mərkəzinə düşüb.
Korner.az-ın məlumatına görə, 31 yaşlı futbolçu ondan müsahibə götürmək istəyən jurnalistə qarşı hörmətsizlik edib.
Madrid “Real”ının ulduz futbolçusu “Avro-2016″nın qrup mərhələsində bu gün Macarıstanla qarşılaşacaqları oyunöncəsi ona sual verən telekanalın əməkdaşının mikrofonunu əlindən alaraq suya atıb.
