İspaniya La Liqasında mövsümün sonuncu – XXXVIII turunda səfərdə “Deportivo”ya qalib gələn (2:0) “Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.
Korner.az-ın məlumatına görə, sözügedən qarşılaşmada dubl edən Ronaldo bu mövsüm bütün yarışlar daxil olmaqla vurduğu qolların sayını 51-ə yüksəlib. Bununla da o, ardıcıl 6 mövsümdə 50-dən çox qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Portuqaliyalı La Liqada meydana çıxdığı 36 matçda 35 qol vurub, 11 məhsuldar ötürmə verib.
