Madrid "Real"ının forvardı Kriştianu Ronaldo İspaniya Primerosunun V turu çərçivəsində "Hetafe"yə qarşı bu gecə keçirilmiş oyunda dubl etməklə tarixi nəticəyə imza atıb.
Korner.az-ın məlumatına görə komandasının 4:1 hesabıyla qələbə qazandığı matçda iki qol vuran Ronaldo, bununla da, İspaniyada vurduğu topların sayını 150-yə çatdırıb.
Portuqaliyalı ulduz cari mövsümün geridə qalan 4 turunda 5 dəfə fərqlənib.
