Dünya Futbolu

Ronaldodan daha bir xeyirxah addım

16.05.2019 , 12:01

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo xeyirxah addım atıb.

Belə ki, xarici mətbuata əsasən, təcrübəli forvard Ramazan ayı münasibəti ilə Fələstinə 1.5 milyon dollar yardım edib. Həmin vəsaitin iftar yeməklərinə xərclənəciyi bildirilir.

Qeyd edək ki, bu Ronaldonun Fələstinə ilk yardımı deyil. Portuqaliyalı futbolçu 2014-cü ildə də sözügedən ölkəyə 2 milyon dollar bağışlamışdı.

Son yazılar

Yuxarı