Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən “Real” – “Yuventus” (1:1) matçında rekord qeydə alınıb.
Korner.az-ın məlumatına görə, “kral” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo bu matçda qol vuraraq Çempionlar Liqasında üst-üstə dörd mövsüm 10 və daha artıq qol vuran ilk futbolçu olub.
2011/12 mövsümündə 10, 2012/13 mövsümündə 12, 2013/14 mövsümündə isə 17 qol vuran Ronaldo cari mövsümü 10 qolla tamamladı
