“Real”ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında daha bir rekorda imza atıb
Portuqaliyalı hücumçu rekordunu 1/4 finalın “Yuventus”la cavab oyununda qol vurmaqla gerçəkləşdirib.
Görüşdə son nöqtəni qoyaraq komandasını yarımfinala yüksəldən futbolçu turnirdə “Yuventus”un qapısından keçirdiyi qolların sayını 10-a çatdırıb. İndiyədək ÇL-də heç bir futbolçu bir komandanın qapısına 10 qol vura bilməyib.
Xatırladaq ki, “Real” 1:3 hesabı ilə uduzsa da, iki oyunun nəticəsinə görə yarımfinala yüksəlib.
