Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “Avro-2016”da İslandiya ilə oyun başa çatandan sonra rəqib futbolçu Aron Qunnarssona hörmətsizlik edib.
Korner.az-ın məlumatına görə, islandiyalı iki dəfə Ronaldodan formalarını dəyişməyə xahiş etsə də, “Real”ın hücumçusu bundan imtina edib.
Qunnarsson üçüncü dəfə Ronaldoya müraciət etdikdə isə o belə cavab verib: “Sən axı kimsən ki, forma da dəyişim?”
