Madrid “Real”ının futbolçusu Kristiano Ronaldo” “Espanyol”a qarşı keçirdiyi oyunda (2:0) məhsuldar ötürmə edib.
Futbolçu bu oyunda da qol vurmamaqla La Liqada qolsuz seriyasını üç oyuna çatdırıb. Buna rəğmən o, bu matçlarda qapıya kifayət qədər zərbə vurub.
Son 3 La Liqa matçında rəqib qapılarına 22 top vuran Ronaldo cəmi 4 dəfə qapıya tuş gəlib.
