Ronaldo zədə səbəbi ilə oynamayacaq
28.02.2019 , 18:49

“Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo zədə səbəbi ilə “Napoli” ilə görüşü buraxmalı olacaq.
34 yaşlı portuqaliyalı futbolçu Çempionlar Liqasının 1/8 finalında “Atletiko Madrid” ilə cavab oyununa kimi hazır olacaq.
Qeyd edək ki, Kriştiano Ronaldo cari mövsüm İtaliya çempionatda 19 qol vurub.
