Ronaldo “Yuventus”da – “Real” rəsmən açıqladı
10.07.2018 , 21:46

“Real”ın hücumçusu Kriştiano Ronaldo karyerasını “Yuventus”da davam etdirəcək.
İtaliya nəhəngi portuqaliyalı ulduzun keçidini həll edib. Yaxın günlərdə 33 yaşlı futbolçu ilə rəsmi müqavilə bağlanacaq.
Qeyd edək ki, Ronaldonun yeni klubu ilə 4 illik müqavilə bağlayacağı və ümumilikdə 120 milyon avro qazanacağı bildirilir. “Yuventus”un forvarda görə “Real”a 100 milyon avro ödəyəcəyi iddia olunur.
Xatırladaq ki, Ronaldo “Real”a 2009-cu ildə “Mançester Yunayted”dən keçmişdi.
