Ronaldo “Yuventus”da qalmağa qərar verdi
25.04.2020 , 20:45

Kriştiano Ronaldo müqaviləsi bitənə qədər “Yuventus”da qalmağa qərar verib.
Korner.az xəbər verir ki, koronavirus pandemiyası Turin klubuna maliyyə baxımından zərər vursa da, portuqaliyalı hücumçu 2022-ci ilin yayına qədər komandada qalacaq.
Xatırladaq ki, Ronaldo 2018-ci ildə “Real”dan “Yuventus”a keçib.
