Madrid “Real”ının forvardı Kriştianu Ronaldo İspaniya çempionatının 14-cü çərçivəsində bu gecə “Selta”ya qarşı keçirilmiş oyunda het-trikə imza atıb.
Korner.az-ın məıumatına görə, bununla da, portuqaliyalı futbolçu Primeroda vurduğu qolların sayını 200-ə çatdırıb.
İspaniya çempionatında 178 oyun keçirən Ronaldo hettriklərinin sayını 23-ə yüksəldib. Bu göstəricidə o, 22 het-trikli Alfredo Di Stefano və Telmo Sarranı geridə qoyub.
