Çempionlar liqası

Ronaldo yenə birinci oldu

08.12.2017 , 13:00

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib

“Real Madrid”in hücumçusu Kriştianu Ronaldu VI turun oyunçusu adına layiq görülüb.

Komandasının "Borussiya" ilə oyununda 1 qol vuran Ronaldu səslərin 41 faizini qazanıb.

İkinci yerin sahibi İngiltərənin “Liverpul” komandasının futbolçusu Filippe Koutinyo olub. Braziliyalı yarımmüdafiəçi səslərin 38 faizini qazanıb. 

Almaniya çempionu “Bavariya”nın yarımmüdafiəçisi Korentin Tolisso isə 8 faiz səslə üçüncü olub.

Qeyd edək ki, Ronaldu dekabrın 7-də Fransanın "France Football" jurnalının 2017-ci ilin yekununa əsasən, "Qızıl top" mükafatına layiq görülüb.

Son yazılar

Yuxarı