DÇ-2018

Ronaldo vurduğu 3 qolla 5 rekord qırıb

16.06.2018 , 13:03

Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo DÇ-2018-in qrup mərhələsinin ilk turunda İspaniya ilə matçda het-trik edərək, rekordlara imza atıb.

33 yaşlı futbolçu milli komanda ilə ardıcıl 8 turnirdə qol vuran ilk oyunçu olub. O, AÇ-2004, DÇ-2006, AÇ-2008, DÇ-2010, AÇ-2012, DÇ-2014, AÇ-2016 və DÇ-2018-in matçlarında fərqlənib.

Ronaldo ardıcıl 4 dünya çempoionatında (DÇ-2006, DÇ-2010, DÇ-2014) qol vuran 4-cü oyunçu olub. Daha əvvəl Uve Zeeler, Pele və Miroslav Kloze də buna nail olub. Superulduz dünya çempionatları tarixində het-trik edən ən yaxşı futbolçu kimi tarixə düşüb (33 yaş 130 gün). Ronaldo eyni zamanda, İspaniya millisinə qarşı dünya çempionatları tarixində het-trik edən ilk futbolçu olub.

Son yazılar

Yuxarı