Madrid “Real”ının ulduzu Kriştiano Ronaldo “Valensiya”nın sahibi milyarder Piter Limlə əməkdaşlıq müqaviləsi imzalayıb.
Korner.az-ın məlumatına görə, bu barədə o , şəxsi facebook səhifəsində yazıb. Müqaviləyə əsasən Ronaldo Sinqapurda şirkətin siması və brendi olacaq.
Qeyd edək ki, Ronaldo “Forbes” dərgisinin hesablamalarına il ərzində reklamdan 27 milyon qazanır. Portuqaliyalı futbolçunun “Nike”, “Herbalife”, “Clear Shampoo” və “Castrol” şirkətləri ilə müqaviləsi mövcuddur.
