Alamniyanın "Bavariya" klubunun hücumçusu Mario Qomez orta hesabla hər 68 dəqiqədə bir vurduğu qolla Messi və Ronaldonu qabaqlayıb.
Korner.az-ın məlumatına görə, dünən "Barselona" ilə oyunda fərqlənən forvard bu nəticəyə nail olub. Belə ki, Messi orta hesabla hər 75 dəqiqədə, Kriştiano Ronaldo isə hər 88 dəqiqədə bir qol vurub. Lakin Qomez bu göstəricidə hər iki ulduzu qabaqlaya bilib.
