“Arsenal”ın hücumçusu Aleksis Sançes maraqlı açıqlaması ilə diqqət çəkib.
Korner.az məlumatına görə, çilili futbolçu heç bir həmkarından geri qalmadığını bildirib:
“Hazırda elə bir səviyyəyə çatmışam ki, əla oyunçularla rəqabət apara bilərəm. Kimdənsə geri qaldığımı düşünmürəm. Özümü Messi və Ronaldo ilə müqayisə edərdim. Düşünürəm ki, onlarla eyni bacarığa sahibəm. Səviyyəmiz eynidir”.
