DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə İsrailin qonağı olacaq Portuqaliya millisinin aparıcı üzvü Kriştiano Ronaldo üçün xüsusi mühafizə təşkil olunub.
Korner.az-ın məlumatına görə, Madrid "Real"ının ulduz futbolçusu üçün İsrail Futbol Federasiyası belə bir addım atıb. Buna səbəb yerli fanatların Ronaldoya marağının böyük olmasıdı. Bundan əlavə Ronaldonu onlarla polis əməkdaşı və təhlükəsizlik xidməti nümayəndələri qoruyacaq.
Artıq sözügedən federasiya azarkeşlərə xəbərdarlıqda edib. Azarkeşlərdən xahiş olunur ki, Ronaldonu görmək üçün qonaqların yeganə açıq məşqinə və onların qaldığı otelə hücum çəkilməsin.
Qeyd edək ki, Portuqaliya millisi İsraillə oyundan 4 gün sonra millimizlə qarşılaşacaq.
