“Real”ın hücumçusu Kriştianu Ronaldo La Liqanın növbəti turunda da iştirak edə biləcək.
Korner.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, “Rayo Valyekano” ilə matçda sarı vərəqə alaraq cəzalı duruma düşən portuqaliyalının vərəqəsi ləğv edilib.
“Real”ın apellyasiya müraciəti qəbul olunub. Belə ki, XXX turdakı görüşdə rəqib müdafiəçi Antonio Amayın Ronaldoya qarşı kobudluq etdiyi təsdiqlənib.
Bu isə o deməkdi ki, La Liqanın bombardiri həftəsonu “Eybar”la XXXI tur görüşündə meydançaya çıxa biləcək.
