“Real”ın ulduzu Kriştiano Ronaldo haqda növbəti iddia ortaya atılıb.
Madrid təmsilçisi ilə yeni müqavilə imzalamayan portuqaliyalı futbolçuya “Yuventus” “elçi düşüb”. Ulduz futbolçunun agenti Xorxe Mendeşlə yaxşı əlaqəsi olan Turin təmsilçisi bu transfer üçün ciddi şəkildə çalışır. Ronaldoya 4 illik müqavilə və bu müddət ərzində 120 milyon avroluq qazanc təklif edilib.
Qeyd edək ki, 33 yaşlı oyunçu ilə “Mançester Yunayted”lə PSJ də maraqlanır.
