Ronaldo üçün əlamətdar oyun
05.07.2020 , 13:59
İtaliya A Seriyasının 30-cu turunda “Yuventus” “Torino”nu 4:1 hesabıyla məğlub edib.
Korner.az xəbər verir ki, görüş “Yuventus”un hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.
Komandasının 3-cü qolunun müəllifi olan futbolçu, mövsümdə A Seriyasında rəqib qapılarından keçirdiyi topların sayını 25-ə çatdırıb.
Bununla da, Ronaldo 1960/61-ci il mövsümündən bəri A Seriyasında bir mövsümdə 25 qol vuran ilk futbolçu olub.