“Real”ın (Madrid) futbolçusu Kriştiano Ronaldo
Çempionlar Liqasının qrup mərhələsində “Qalatasaray”la matçdan (6:1)
sonra hakimdən maraqlı bir xahiş edib.
Korner.az-ın
məlumatına görə, sözügedən
qarşılaşmada het-trik edən portuqaliyalı hücumçu matç bitdikdən sonra referidən
oynadıqları topu istəyib.
Futbolçu bu topu xatirə olaraq saxlayacağını bildirib. Qarşılaşmanın
hakimi Mark Klattenburq isə Ronaldonun istəyini yerinə yetirib.
