“Fikirimcə çox təvazökarlıq qüsurdur. Sevər və ya sevmirsiniz bu qədər sadə".
Korner.az-ın məlumatına görə, bu sözləri Madrid "Real"ının və Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo deyib.
Portuqaliyalı hücumçu Messinin dünyanın ən yaxşı futbolçusu seçilməsindən sonra Braziliya televiziyalarının birinə verdiyi müsahibədə hər kəsi məmun etməyə çalışdığını bildirib:
"Tanrı hər kəsi məmnun edə bilər. Amma mən buna baxmayaraq insanların məni sevməsi üçün çox səy göstərirəm”
