Madrid "Real"ının lideri Kriştianu Ronaldonun İspaniya Superkubokunda "Atletiko" ilə cavab matçında iştirak edib-etməyəcəyi dəqiqləşib.
Korner.az-ın məlumatına görə, "kral klubu"nun baş məşqçisi Karlo Ançelotti portuqaliyalı hücumçunun sözügedən oyunda meydana çıxa biləcəyini deyib:
"Ronaldo bu gün komanda ilə birgə məşqlərə başlayıb. O, özünü yaxşı hiss edir. "Atletiko" ilə görüşdə Ronaldo əsas heyətdə yer alacaq".
