“Real”ın futbolçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.
Korner.az-ın məlumatına görə, İspaniya La Liqasında “Hetafe”yə qarşı matçda dubl edən portuqaliyalı hücumçu səfərdə vurduğu qolların sayını 89-a yüksəldib. Bununla da o, bu göstəricidə Raul Qonzalesi (87 qol) geridə qoyaraq ilk pillənin sahibi olub.
Qeyd edək ki, “Hetafe” – “Real” oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.