Madrid “Real”ının ulduz futbolçusu Kriştiano Ronaldo klubdan ayrılmaq qərarına gəlib.
Korner.az-ın məlumatına görə, bu barədə xəbəri İspaniyan mətbuatı yayıb.
Portuqaliya millisini futbolçusu 2015-ci ildə müqaviləsi bitdikdən sonra “Real”ı tərk edəcək. Forvardın komandadan getməsinin ən başlıca səbəbi klub prezidenti Florentino Peresə inamsızlığıdı.