Madrid “Real”ının futbolçusu Kristiano Ronaldoya yeni müqavilə təklif olunacaq.
Korner.az-ın məlumatına görə, bu barədə “Marca” qəzeti yazıb.
Portuqaliyalı futbolçu “Real”la yeni sazişə qol çəkəcək. Ulduz futbolçu “kral klubu”nda daha 4 il tər tökəcək. Yeni sazişə görə futbolçunun illik məvacibi dəyişməyəcək – 21 milyon arvo. Müddət isə 2020-ci ilə qədər nəzərdə tutulub.
Mənbənin dediyinə görə, bu müqavilə Avropa Çempionatındna sonra rəsmən elan olunacaq.
