Ronaldo “Real”a qayıdır?
01.04.2025 , 13:27

Ulduz futbolçu Kriştiano Ronaldo “Real”a qayıda bilər.
Korner.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Hazırda “Əl-Nəsr”də forma geyinən 40 yaşlı forvard cari mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləmək istəmir.
O, 2025-ci il klublararası dünya çempionatında iştirak etmək üçün bu addımı atmağı düşünür.
