İspaniya mediası Ronaldonun yaxın zamanlarda “Real Madrid”lə yollarını ayıracağı barədə məlumat yayıb
Yerli kanallardan birinə müsahibə verən Eduardo Aguirre adlı jurnalist Ronaldonun Madriddəki həyatından məmnun qalmadığını bildirib. Jurnalist bunun səsəbi kimi Ronaldonun vergi borclarını ödəməməsi iddiasıyla məhkəmə işinin başladılması, buna baxmayaraq, komandasının ona kifayət qədər dəstək olmamasınını göstərib. Buna görə də, ulduz futbolçu Madriddəki həyatından narazıdı və karyerasına “Real Madrid” ilə davam etmək fikri yoxdur.
Qeyd edək ki, Ronaldonun Çempionlar liqasında ürəkaçan çıxışı olmasa da, “Real Madird” forması ilə 19 matçda 14 qol vurub, 3 qola isə asistlik edib.
