Ronaldo Qvardiola ilə işləyə bilər
25.04.2019 , 21:07

Pep Qvardiola yeni mövsümdən “Yuventus” klubunun baş məşqçisi ola bilər.
Bu barədə xəbəri İspaniyanın MARCA nərşi yayıb. Məlumata görə Turin təmsilçisi ispaniyalı çalışdırıcı ilə razılıq əldə etmək niyyətindədir. Hətda Kriştiano Ronaldo da Qvardiola ilə işləməyə müsbət yanaşır.
Qeyd edək ki, Maksimiliano Alleqrinin yayda “Yuventus”dan ayrılacağı deyilir.
