2014-cü il üçün dünyanın ən yaxşı futbolçusu seçilən Kriştianu Ronaldo təqdimetmə mərasimi zamanı fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, “Qızıl Top”u almaq üçün kürsüyə çıxan portuqaliyalı hisslərini belə bölüşüb:
“Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Baş məşqçimə, komanda yoldaşlarıma və klub prezidentinə … Unudulmaz bir il idi. Bu cür mükafatı qazanmaq çox xüsusi bir duyğudu. Mən daha çox çalışıb, mükafatların sayını artırmaq istəyirəm. Daha çox kubok qazanmaq istəyirəm. Komandam üçün, anam üçün, atam üçün, oğlum üçün bunları qazanmaq və daha yaxşı bir oyunçu olmaq istəyirəm. Bütün Portuqaliyaya da bu mesajı göndərmək istəyirəm. “Qızıl Top”u 3 dəfə qazanmaq tam fərqli hissdi. Tarixin ən yaxşı futbolçularından biri olmağı həmişə istəmişəm. Bu inanılmaz gecədə mənə olan dəstək üçün təşəkkür edirəm”.
