Əfsanəvi futbolçu, Braziliya yığmasının sabiq üzvü Ronaldo maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Korner.az-ın məlumatına görə, Lionel Messi və Kriştianu Ronaldonu müqayisə edən “fenomen” “Qızıl top” mükafatına layiq hesab etdiyini oyunçunun adını açıqlayıb.
O bildirib ki, Kriştiano güclü futbolçu olsa da, Messidən geri qalır:
“Lionel Kriştianudan parlaq oyun nümayiş etdirir. Messinin çıxışı tamdı və əminəm ki, “Qızıl top” mükafatı bu il ona qismət olacaq. Mənim seçimim Leodu. “Qızıl top” Messiyə verilməlidi. Onun oyununu daha çox bəyənirəm. Messi meydanda maksimum dərəcədə effektli çıxış göstərir”.
