“Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo “Qızıl top”un təqdim olacağı mərasimə gəlmək qərarı alıb.
Korner.az-ın məlumatına görə, o, FIFA prezidenti Blatterin onun haqqında dediyi sözlərə görə oktyabr ayında “Qızıl top” mərasimini baykot edəcəyini demişdi.
Lakin Blatter onunla əlaqə saxlayıb və onu mərasimə qatılmağa razı salıb. Ronaldo özü də tədbirdə iştirak edəcəyini təsdiqləyib.
Qeyd edək ki, portuqaliyalı ulduzla yanaşı Messi və Riberi də “Qızıl top”a namizəddilər.
