Avro-2012-də ilk matçını Almaniya millisini qarşı keçirən və 0:1 hesabı ilə məğlub olan Portuqaliyada işlər heç də qaydasında getmir. Korner.az-ın məlumatına görə, Kriştiano Ronaldo millidə yeni qalmaqalın yaranmasına səbəb olub.
Madrid "Real"ının aparıcı futbolçusu Bundestimə məğlubiyyətdən sonra kapitanlığ sarğısını yerə ataraq, tribunadakı azarkeşlərini salamlamaq əvəzinə birbaşa patlardəyişmə otağına gedib. Ronaldo hətta onun dayandırmaq istəyən baş məşqçi Paulo Bentunun xahişini də yerə salıb.
Bundan sonra baş məşqçinin ona irad tutması Ronaldonun Bentuya sərt cavab verməsi ilə yükunlaşıb. Ulduz futbolçunun bu hərəkəti milli üzvləri tərəfindən birmənalı qarşılanmayıb. Futbolçuların hətta Ronaldoya qarşı birləşdiyi yayılan xəbərlər arasındadı.
