Madridin "Real" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo onun haqda deyilən fikirlərə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, portuqaliyalı futbolçu özündən razı olmadığını və daha iki uşağının olmasını istədiyini bildirib:
"Mən özümdə razı deyiləm. Meydanda az gülməyimi bəzən bununla əlaqələndirirlər. Futboldan kənar ailmələ, dostlarımla birgə olmağı sevirəm. Yemək yeməyi, üzməyi, formada qalmağı hər zaman üstün tuturam. Uşaqları sevməyim mənim üstün cəhətlərimdəndi. Buna görə də, iki uşaq daha istəyirəm".
