“Real”ın futbolçusu Kriştiano Ronaldo “Qızıl top”un mükafatlandırma mərasimi öncəsi açıqlama verib.
Korner.az-ın məlumatına görə, o, tədbir öncəsi keçirilən mətbuat konfransında “Qızıl top” mükafatı uğrunda rəqibi “Barselona”nın futbolçusu Lionel Messinin sol ayağının güclü olduğunu deyib:
“Messiyə yalnız sol ayağına görə paxıllıq edə bilərəm. Çünki onun sol ayağı məndən bir qədər yaxşı oynayır (gülür)”.
