“Real”ın futbolçusu Kriştiano Ronaldo “Barselona”nın hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.
Korner.az-ın goal.com-a istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının 1/4 finalında “Borrusiya” ilə dünənki matçda (3:0) bir dəfə fərqlənən portuqaliyalı hücumçu bununla da cari mövsüm ÇL-də vurduğu qolların sayını 14-ə yüksəldib. Ronaldo bu nəticə ilə ÇL-də bir mövsümdə ən çox fərqlənən Messinin rekorduna şərik olub.
Ronaldo “Borussiya” ilə cavab qarşılaşmasında da qol vursa, yeni rekord müəyyənləşdirəcək.
