Madrid “Real”ının forvardı Kriştiano Ronaldo “Qızıl top-2015”-in kimə qismət olacağına dair ehtimallarını səsləndirib.
Korner.az-ın məlumatına görə, portuqaliyalı futbolçu bu mükafata mövsüm ərzində daha çox mükafat qazanmış oyunçunun layiq olduğunu deyib.
“Messi bu il iki titul qazandı: Çempionlar Liqası və Primero çempionluğu. Şəxsi uğurlara gəlincə, ötən il mənim üçün çox yaxşı alındı, Avropanın ən çox qol vuran futbolçusu oldum. Messi ilə 8 ildir dünya futbolunda dominantlıq edirəm. Bizə qədər heç kim belə karyeraya sahib olmayıb və bu, çox gözəl hissdir. Messi ilə dost deyiləm, ancaq bizim yaxşı əlaqələrimiz var və bir-birimizə hörmətlə yanaşırıq. Hələ cavanam və düşünürəm ki, “Qızıl top”a layiq görülərəm. 6-7 il futbol oynamaq fikrim var və bu müddətdə komanda uğuru qazanmaq lazımdır. Çünki məhz komanda şəklində qazanılan uğur sayəsində fərdi mükafatlara iddialı ola bilərsən”, – deyə Ronaldo bildirib.