DÇ-2014 ərəfəsində bir dizaynerin etdiyi köynək dizaynları futbol aləminə səs salıb.
Korner.az-ın məlumatına görə, braziliyalı dizayner Serxio Portuqaliya millisinin ulduzu Kristiano Ronaldonu və Argentina millisinin ulduzu Lionel Messini təhqir edən köynəklər hazırlayıb.
Həmin köynəklərin üzərində “Ronaldo is gay” (Ronaldo mavidir) və “Messi cabron” (Messi gö..) sözləri yazılıb. Dizayner Balotelli, Zidan və Maradonanın adı yazılmış köynəklər də dizayn edib.
