İngiltərə mətbuatı bir müddətdi ki, Kriştiano Ronaldonun “Mançester Yunayted”ə dönəcəyini yazır.
Korner.az-ın məlumatına görə, futbolçunun meneceri Xorxe Mendes xəbərlərə münasibət bildirib.
FIFA agentinin fikrincə, Ronaldo 40 yaşınadək “Real”da çıxış edəcək:
“Kriştiano 40 yaşınadək “Real”da oynayacaq. O, Madriddə çox xoşbəxtdi, başqa bir kluba transfer olunması mümkün görünmür. “Real”da bütün rekordları qırıb və komandada qalacaq. Ronaldo indiyədək Madrid klubundan ayrılmaq haqda düşünməyib və bundan sonra da düşünməyəcək”.
Mendes “Mançester Yunyted”in Ronaldonun ürəyində olduğunu bildirib:
“Mançester Yunyted” hər zaman onun ürəyində yer alır. Çünki bu komandada 6 il keçirib. Amma indi yalnız “Real”ı düşünür. İnsanlar onu transfer etməyin imkansız olduğunu bilməlidi”.
