Ronaldo məşqlərə qatılmadı – koronavirusa görə
12.03.2020 , 18:48

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo komandanın son məşqində iştirak etməyib.
Korner.az xəbər verir ki, Ronaldonun İtaliyada geniş yayılan koronavirusa görə məşqə qatılmadığı və hazırda Portuqaliyada olduğu bildirilib.
Ronaldonun komanda yoldaşı Daniel Ruqani koronavirusa yoluxub.
