“Real”ın futbolçusu Kriştiano Ronaldo mükafatlandırılıb.
Korner.az-ın məlumatına görə, o, La Liqanın ən yaxşı oyunçusuna verilən “Trofoe Piçiçi” mükafatına layiq görülüb.
Portuqaliyalı hücumçu ötən mövsüm La Liqada ən çox qol vurduğu üçün mükafatlandırılıb.
Ronaldo ötən mövsüm La Liqada oynadığı 35 matçda 48 qol vurub.
