Dünən “Selta”nı (Viqo) 4-1 hesabı ilə məğlub edən “Real”ın (Madrid) ulduz futbolçusu Kriştiano Ronaldo oyundan sonra maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, çempionluq üçün son turda “Malaqa” ilə ən azı heç-heçə etmək məcburiyyətində olan paytaxt təmsilçisinin oyunçusu:
“Sonuna qədər getmək məcburiyyətindəyik. Yaxşı oynayırıq, lakin “Malaqa” evində güclü təsir bağışlayır. Buna baxmayaraq, qazanmalıyıq. Hədəf hər zaman qazanmaqdı, qazanacağıq da. Yaxşı olduqlarını bilirik, lakin biz “Real”ıq. Biz daha yaxşıyıq və çempion olmaq istəyirik”.
Çempionlar Liqasının finalına hələ vaxtın olduğunu deyən portuqaliyalı: “Sadəcə bazar gününü fikirləşirik. Qazanmaq məcburiyyətindəyik. Çempionlar Liqasının finalına hələ vaxt var”.
Baş məşçi Zinəddin Zidan haqda da danışan Ronaldo: “O, hər zaman qazanır. Çox yaxşı baş məşqçidi. Gənc və yaxşı komandayıq. Özümü yaxşı hiss edirəm və”.
Qeyd edək ki, “Selta”ya qarşı oyunda iki dəfə fərqlənən Kriştiano 392-ci oyununda 403-cü qolunu vurub.
