Ronaldo kimi futbolçu tapa bilməyəcəyik – Zidan etiraf etdi
15.04.2019 , 19:00

“Real” Madrid klubunun baş məşqçisi Zinəddin Zidan Kriştiano Ronaldo haqqında xoş sözlər deyib.
Ronaldonu əvəz edə bilən futbolçu tapa bilməyəcəklərini etiraf edən fransalı çalışdırıcı daha sonra sözlərini bunları əlavə edib.
“Əlbəttə, Kriştiano Ronaldonun yerinə futbolçu alınacaq, amma onun qədər effektli olmayacaq. Ronaldo tam başqa biri idi.”
Qeyd edək ki, Madrid “Real”ı Kriştiano Ronaldonun mövqeyi üçün Eden Hazardı kluba cəlb etməyə hazırlaşır.
