Madrid “Real”ının ulduzu Kriştianu Ronaldo komandanın kapitanı İker Kasilyas haqda xoş sözlər deyib.
Korner.az-ın məlumatına görə, portuqaliyalı ulduz “kral klubu”nun yeni mövsüm planları haqda danışarkən Kasilyasında ünvanına tərfi yağdırıb:
“İker Kasilyas həmişə dünyanın ən yaxşı qapıçılarından biri olub. İndi də bu belədi. Yeni mövsümə gəlincə isə, Superkubokdakı qələbəni unutmalıyıq. Gələcək haqqında düşünmək lazımdı. İrəlidə heç də asan olmayacaq mövsüm bizi gözləyir. Mövsümə qələbəylə başlamaq gözəl olardı”.
