"Real"ın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo İspaniyadakı 2 villasını satışa çıxarıb.
Korner.az-ın məlumatına görə, bu xəbər ulduz futbolçunun cari mövsümün sonunda "Kral klubu"nu tərk edəcəyinə dair söz-söhbətləri yenidən gündəmə gətirib.
İspaniyada 3 villası olan Ronaldo onlardan birinə 5, digərinə isə 2 milyon avro qiymət qoyub.
ABŞ klublarının da hədəfində olan Kriştianoya "Mançester Yunayted" və PSJ-nin də "elçi" düşdüyü bildirilir.
Qeyd edək ki, potuqaliyalı futbolçunun oğlu ilə yaşadığı villada 7 yataq otağı, 9 hamam, 9 tualet, 8 avtomobil üçün qaraj, açıq və qapalı hovuzlar, kinoteatr, idman zalı var.
