Ronaldo: “İspaniya üçün darıxmışam”
12.03.2019 , 15:37

İtaliyanın “Yuventus” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo İspaniya üçün darıxdığını etiraf edib.
Karyerasının ən parlaq uğurlarını bu ölkə də qazanan portuqaliyalı sözlərinə belə davam edib:
“Madrid şəhəri, insanları üçün darıxıram. Orası karyeramın ən vacib dövrünü keçirdiyim yerdir. Oraya qarşı hisslərim hər zaman eyni qalacaq. O şəhərdə ailəmi qurmuşam. Mənim üçün Madridin yeri ayrıdır.”
Qeyd edək ki, Kriştiano Ronaldo “Real”dan “Yuventus” klubuna yeni mövsümün əvvəli keçib.
